AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Minasyan - Nikol Bakıya bunları söz verib

  • + A
  • - A
  • 19-05-2021, 22:46

    Minasyan - Nikol Bakıya bunları söz verib

    Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsinə dair yeni sənəd üzərində iş başa çatıb və tezliklə yayımlanacaq.

    Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Ser Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

    Onun sözlərinə görə, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan liderinə elə vədlər verib ki, bunu üçtərəfli komissiyada Ermənistanı təmsil edən Mqer Qriqoryan da bilmir.

    Minasyan bildirib ki, Paşinyan yazda demarkasiyanı başa çatdıracağını və Zəngəzurdan bir dəhliz verəcəyini vəd edib, lakin 20 iyuna təyin edilmiş seçkilər səbəbindən sözünə əməl edə bilmir:

    “Yeni sənədə əsasən, Ermənistanla Azərbaycan arasında yeni və son sərhədin təyin olunması üçün oyun qaydalarını müəyyənləşdirəcək bir komissiya yaradılacaq. Demarkasiya üç prinsipə əsaslanacaq: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq, demarkasiya zamanı real mənzərə. Son prinsip Ermənistan üçün son dərəcə əlverişsiz nəticələrə səbəb olacaq, çünki Azərbaycanın hansı məqamda hansı prinsipi tətbiq edəcəyinə qərar verəcəyi aydındır”.

    Minasyan Tavuş bölgəsinin (Qazax) 5 kəndinin (əslində Qazaxın 7 kəndi işğaldadır – red.), Ararat bölgəsinin isə bir kəndinin (Naxçıvanın Kərki kəndi – red.) Azərbaycana təhvil verilməsinin Paşinyan tərəfindən müzakirə predmetinə çevrildiyini də qeyd edib:

    “Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq”.

    Keçmiş səfirin sözlərinə görə, Paşinyan bütün bunlara ona görə razılıq verib ki, seçkilərdən əvvəl Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxaracaq, ən azı bir neçə əsiri geri qaytaracaq, Tavuşdakı 5 kəndin təhvili ilə bağlı isə seçki sonuna qədər dirəniş göstəriləcək.

    Qeyd edək ki, Azərbaycan ərazisindən erməni hərbi birliklərinin çıxarılması və Zəngəzur dəhlizi vəd deyil, 10 noyabr üçtərəfli bəyanatında əksini tapan tələbdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR