AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn olundu – Fotolar

  • + A
  • - A
  • 20-05-2021, 14:12



    Ötən gün nəşi tapılan Vətən müharibəsi iştirakçısı Təbriz İbrahimov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

    Əvvəlcə şəhidin nəşi doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

    Şəhidlə vida mərasimindən sonra onun cənazəsi dəfn edilmək üçün bu gün Bakıya gətirilib.

    Qeyd edək ki, T. İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, Murovdağ döyüşlərində itkin düşüb. Sonuncu dəfə 28 sentyabr tarixində ailə üzvləri ilə əlaqə saxlayıb. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu və çox qan itirdiyini bildirib.

    ***

    Şəhid Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn edilib.
    Şəhid Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn olundu – Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR