Azərbaycan Prezidenti İlham Əliyev modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.