AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Lukoyl” Xəzərdəki “Dostluq” yatağının operatoru olmaq istəyir

  • + A
  • - A
  • 3-06-2021, 20:00


    Rusiyanın “Lukoyl” neft şirkəti Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” yatağının işlənməsi layihəsinə qoşulmaq üçün danışıqlar aparır və yatağın operatoru olmaq niyyətindədir.

    AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

    “Müzakirələr davam edir, bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan, həm də Azərbaycan Prezidentinə “Lukoyl”u bu prosesə cəlb etdiyi üçün çox minnətdarıq. Növbəti hökumətlərarası razılaşma və PSA razılaşması hazırlanır. Bunun operatoru olmaq istəyirik. Payı hələ bilmirik”, - deyə Vahid Ələkbərov qeyd edib.

    Qeyd edək ki, “Dostluq” yatağı 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə yatağın adı dəyişdirilərək “Dostluq” adlandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR