AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin və Şarl Mişel Qarabağdakı vəziyyəti müzakirə etdilər

  • + A
  • - A
  • 7-06-2021, 21:20

    Putin və Şarl Mişel Qarabağdakı vəziyyəti müzakirə etdilər

    Rusiya prezidenti Vladimir Putinin Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon danışığı olub.

    AzadMedia.az xəbər verir kİ, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Putin Mişellə Qarabağ məsələsini müzakirə edib.

    “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edildi.

    Bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyən edilib. Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib”, - deyə Kremlin məlumatında deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR