“Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi”nin məlumatına əsasən hazırda dünyanın 54 ölkəsində yüksək patogenli quş qripi xəstəliyi davam etməkdədir.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Cədvəldə qeyd edilən digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün məhdudiyyət tədbirləri tətbiq edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.