Azadmedia.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası baş tutub.
Seçki Komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb:
Namizədlərin siyahısı
Məlumat üçün bildiririk ki, nazirlik yanında İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.
Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (02.07.2021 saat 18:00-dək) davam edəcək.
Seçicilərə dair tələblərlə bu linkə daxil olaraq tanış olmaq mümkündür
Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi ötən ilin 21 sentyabr-20 oktyabr tarixlərində həyata keçirilib. Belə ki, 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin 22 aprel-26 may tarixlərində yenidən sənəd qəbulu elan olunub. Qeyd edək ki, əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.