Avropa Birliyinin ən varlı ölkəsinin adı bilindi
Ailələrin maliyyə aktivlərinin həcminə görə Danimarka Avropa Birliyinin ən zəngin ölkəsi seçilib.
Azadmedia.az xəbər verir ki, bu məlumatı Danimarka Milli Bankı yayıb. Hazırda ölkədəki ailələrin maliyyə aktivləri 300 min dollar səviyyəsindədir. Bununla belə danimarkalıların qonşuları ilə müqayisədə borcları da çoxdur. Belə ki, bu borcların 86%-ni bank və ipoteka borcları təşkil edir.
Qeyd edək ki, siyahıda Danimarkadan sonrakı yerləri Niderland, Lüksemburq və İsveç tutub. Ən son yerdə isə Rumıniya qərarlaşıb.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR