AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ komissarı Azərbaycanda "Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planını" müzakirə edir

  • + A
  • - A
  • 8-07-2021, 15:21

    Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov ilə görüşüb.

    Aİ rəsmisi öz Twitter hesabında görüş zamanı "Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planının potensialı ilə bağlı geniş fikir mübadiləsi apardıqlarını" yazıb.

    "Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır", - cənab Varhelyi qeyd edib.

    Oliver Varhelyinin bir sıra rəsmilərlə görüşü gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR