AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

  • + A
  • - A
  • 14-07-2021, 22:13



    Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb.

    Nuridə xanım bildirib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək.

    Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində dörd avtobus xidmət göstərəcək.

    Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

    Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR