AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib

  • + A
  • - A
  • 23-07-2021, 19:44


    Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

    “Komissiyanın sədri

    Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

    Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri

    Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.

    Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Belarus Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR