AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həsənli kənd uşaq bağçasının müdürəsi Nazilə Hüseynova - “Əgər oyaqdırsa, Türkün balası, yəqin ki, basılmaz Türkün Qalası!” - Reportaj

  • + A
  • - A
  • 23-08-2021, 10:00

    Həsənli kənd uşaq bağçasının müdürəsi Nazilə Hüseynova - “Əgər oyaqdırsa, Türkün balası, yəqin ki, basılmaz Türkün Qalası!” - Reportaj

    Əgər oyaqdırsa, Türkün balası, yəqin ki, basılmaz Türkün Qalası” – bu sözləri, Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın "İşgüzar Azərbaycan xanımı" layihəsinin qonağı - Həsənli kənd uşaq bağçasının müdürəsi Nazilə Hüseynova qeyd edib.

    Nazilə xanım layihəmizə xoş gəldiniz!
    Xoş gördük!

    Özünüzü təqdim edərdiniz - Nazilə xanım Hüseynova kimdir?
    Bunu el arasında sual etsələr ki, Hüseynova Nazilə kimdir, nə düşünürsüz, nə deyə bilərsiniz deyə..



    Mən həyatda əvvəllər ərköyün bir insan olmuşam, amma sonra elə bir dəryaya düşmüşəm ki. Dəryada belə çətinliklərə sinə gərə bilmişəm. Həyatın bütün çətinliklərinə tab gətirməkdə Tanrım mənə lazımi gücü bəxş edib. Fikrimcə, hər bir insan səbrli olmalıdır. Səbrli insanların hər biri Tanrının yaxın dostlarlıdır. Bir də həyatda yetişmək üçün həyatın cəfaları, cəzaları insanları mətinləşdirir. Cəza çəkmiş insanlar həyatda mətin olurlar. Dözümlü olurlar. Mən elə bilirəm ki, mən o qövmdən, o sülalədənəm. Ona görə, tərəddüd etmədən, düşünmədən o gördüyüm işlərlə özümə pərəstiş edirəm ki, mən nə yaxşı belə ürəyin sahibiyəm və nə yaxşı belə yaranmışam. Yəni nə yaxşı ki, məni Tanrım belə yaradıb. Nə yaxşı ki, gözəl işlərə vəsilə edib.



    Hansı sahədə çalışırsız, əlavə məşğuliyyətiniz nələrdir?
    “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.”
    Mən özümü hər zaman kamil bir pedaqoq olaraq görmüşəm. Bununla yanaşı, peşə olaraq da dərziliyi daha çox sevirəm.
    Hazırda, Həsənli kənd uşaq bağçasının müdürəsi olaraq işləyirəm.
    Bağçamızda 20nəfərlik kollektivə rəhbərlik edirəm və eyni zamanda, 60 uşaq təlim-tərbiə görür.

    Neçənci ildən Həsənli kənd bağçasının müdürü olaraq fəaliyyət göstərirsiniz?
    1992-ci ildən..

    İdeal bir insan, ideal bir xanım olmaq sizə görə nədir?
    Xanım evdə olar, xanım gözəl stol açar, lətif, ləziz yeməklər bişirər, həyat yoldaşının yolunu gözləyər. Mətin, iradəli, dözümlü.. Mən əgər qeyd etdiyim nüansları bacarıramsa, deməli mən həm ideal bir xanım, həm də ideal bir insanam.



    Həyat yolunda ilk növbədə, hədəfiniz nə olub - bizimlə bölüşərdiniz..
    Hədəfim hər zaman yaxşılıq olub. Yaxşı işlər görmək, cəmiyyətə faydalı bir insan olmaq..
    Pandemiya vaxtında Masallı rayonumuzun Millət vəkili Məşhur Məmmədov bizə - Həsənli kəndinə hər gün 300 ədəd çörək göndərirdi. Yarı çörəyi də kəndimizin zəhmətkeş oğlanları alıb verirdilər. Mən gecə saat 5-də qalxıb gəlirdim, hətda o dönəm əməliyyatdan yeni çıxmışdım, gəlirdim və o çörəyi qəbul edirim. Gündüz də, 270 ailəyə paylayırdım. Bu əlbəttə ki, mənə xoş gəlirdi.

    Üstəlik, Prezident İlham Əliyev cənabları maska çatışmayan vaxtı çağırış elədi, mən də öz növbəmdə, əlimdən gələni etməyə çalışdım – öz hesabıma 2300 maska tikdim və vətəndaşlarımıza payladım.



    Eyni zamanda II Qarabağ müharibəmiz başlayan vaxtı, dedilər ki, kəndlər artıq alınır. Qarabağda hər kəndin alınmasına görə, mən kəndimizdə bir bayraq ucaltdım. Yəni məsələn, 7 kənd alındısa, mən o günü kəndimizdə 7 bayraq ucaltdım və s..

    Qarabağ müharibəsi dönəmində kəndimizin ərazisi tamamilə bayraqlaşdırıldı.

    Yəni neçə kənd alınacaqdırsa, o sayda da, bayraq ucaldılacaqdı və ucaldıldı da!

    Azərbaycanlı bir xanım olaraq qardaş Türkiyə ilə olan münasibətlərimizi necə dəyərləndirərdiniz?
    Çox gözəl qiymətləndirirəm. Bunu belə ifadə edərdim –

    “Əgər oyaqdırsa, Türkün balası, yəqin ki, basılmaz Türkün Qalası!”

    Biz, bir qalayıq. Türk qardaşlarımızın dili ilə desək – “Biz hepimiz aynı annenin evlatlarıyız”, bəli, biz hamımız eyni ananın övladlarıyıq, sadəcə olaraq bölünmüşük.



    Türkiyəli qardaşlarımıza Azərbaycanlı anası olaraq mesajınız nə olardı?
    Həmişə belə qalaq. Həmişə dost, qardaş olaq. Vaxtilə, rəhbərlik elədiyim bağçada bir səhnəcik hazırlamışdım.

    O səhnəcikdə bir bayraq Türkiyənin, digər bayraq isə Azərbaycan bayrağı idi.
    Səhnənin məzmunu belə idi təxmini - Ata əlində bayraqları gətirir və təhvil verir oğluna, deyir ki, oğul al bu Azərbaycan bayrağı, bu da dostluq bayrağımızdır. Sahib çıx.

    Hər şey öncə ailədən, sonra da bağçadan başlayır, bağçalarımızda təlim-tərbiyə görən övladlarımızın gələcəyi ilə bağlı fikirləriniz..

    Belə deyərdim – əgər məsuliyyətlə dərs deyilirsə, gözəl Gəncliyimiz olacaq.

    93-cü illərdə bizim Azərbaycanın qaymaq oğulları həlak oldular vertalyotda. Mən, həmin ərəfədə məktəbdə müəllim işləyirdim. Həmin günü, özümə bir söz verdim, mənim sinfimdə oxuyacaq uşaqlar mütləq əlaçı olmalıdır. Biz o şəhid olan oğullarımızın yerinə minlərlə yox, milyonlarla vətənpərvər gənclər yetişdirməliyik.
    Savadlı, tərbiyəli və ilk növbədə vətənpərvər.
    Savad isə budur ki, hər şeyə qadir ola bilirsən.



    İş dünyasında xarici dil bilən xanımlarımızı necə dəyərləndirirsiniz? Eyni zamanda siz neçə xarici dil bilirsiniz?
    Mən özüm, fars dili və ərəb dillərini bilirəm. Həyat yoldaşım da din sahəsində möhtəşəm biliyə sahib bir insan idi.

    Millətvəkilimiz Məşhur Məmmədovun köməkçiləri Mirnizaman Vahabov, Hekayət Nəzərov və Rəmzi Şahverdiyevlə birlikdə bu gün Masallı rayonunda bir neçə şəhid ailəsini ziyarət etdik. O şəhidlərimizin doğum günlərində onları yad etdik.
    Şəhid ailələri ilə görüşümüzdən olan təəssüratlarınızı bölüşərdiniz.
    Mən çox pis oldum...
    Şəhid analarına Allahdan təskinlik diləyirəm.. Minnəttarlığımı bildirirəm.

    Azadmedia.az vasitəsilə bağça müdürəsi olaraq Təhsil nazirimiz cənab Emin Əmrullayevə ürək sözləriniz, təklif və istəyiniz?
    Elə yaxşı təhsil bizi parlaq gələcəyə götürəcək.Daha da diqqət artırılsın..
    Binamız olduqca köhnədir. Kəndimizdəki bağçanın binasının yenilənməsini istərdim..



    Pandemiya bağçaların işinə necə təsir göstərdi?
    Çox pis təsir göstərdi. Allah xalqımızı qorusun.

    70saylı Masallı şəhər dairəsinin millət vəkili cənab Məşhur Məmmədovun fəaliyyətindən razısınızmı?
    Təbii ki, razıyam. İlk çıxışlarımda da onu qeyd etmişəm. Məşhur müəllim hələ seçilməmişdən öncə, onun payı hər bir Masallı sakinimizin evinə gedib. Onun payı, onun səxavəti, qabiliyyəti gedib.
    Millətvəkilimiz seçildiyi gündən bəri də, istər şəhid ailələrinə, istər rayonumuzda təhsilə və istərsə də digər sahələrə diqqət ayırır.

    Cənab Prezidentimizə bir Ana və işgüzar xanım olaraq ürək sözləriniz..
    Onun kimi Prezident bu dünyaya gəlməyib, gəlməyəcək də..
    Ulu Öndərimizin layiqli davamçısı olan Cənab İlham Əliyevin daxili və xarici siyasətini alqışlayıram. Mərhum Zərifə xanım çox xoşbəxt bir insan olub.. Çünki onun üçün iki prezident göz yaşı töküb.. Allah hər iki gözəl insana rəhmət eləsin..

    Azadmedia.az-ın İşgüzar Azərbaycan xanımı layihəmizlə əlaqədar fikirləriniz..
    Layihənizə və onun rəhbəri Siz – Ülkər Piriyevaya təşəkkür edirəm. Çox gözəl təşəbbüsdür.
    Ancaq irəli! Davamlı və uğurlu olmasını diləyirəm..



    Tövsüyyələriniz..
    Çalışın, qadınlara daha çox yer ayırın.
    Onları seçin.. Amma kişilərsiz də bir şey olmaz.
    Şeyx Şamilin anasının belə bir deyimi var – “Fərmanında olsa əgər qadının, öz nökər ərini Padişah eylər.”

    Qısacası, padişahlığı hər zaman kişilərə verməliyik.
    Necə ki, Həvva Adəm peyğəmbərimizin sol qabırğasından yaradılıb..

    Şad oldum..
    Layihənizə dəvətə görə, təşəkkür edirəm!










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR