AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvənd verib

  • + A
  • - A
  • 23-08-2021, 08:19


    Azərbaycanda hazırda kifayət qədər vaksin dozası var.

    Bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"yə müsahibəsində deyib.

    Onun sözlərinə görə, vaksinasiyanın daha çox təbliğ edilməsi üçün mütəxəssislər lazımdır:

    “İnsanları yayındırmasalar, hamı peyvənd olunar. Onlar artıq məsələnin ciddiyyətinə varırlar. Azərbaycanda hazırda kifayət qədər vaksin dozamız var".

    T.Musayev qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə bir neçə dövlətə yüz minlərlə peyvənd pay verilib:

    "Bu da bizim humanist dövlət olmağımızı bir daha sübut edir. Bəzi ölkələrdə peyvəndlər ancaq öz vətəndaşlarına vurulur. Lakin bizim ölkədə bir çox diplomatik nümayəndələr, Azərbaycanda yaşamaq icazəsi olan xarici vətəndaşlar, təhsil almağa gələnlər də peyvənd edilir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR