AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda polis maşını qəzaya düşdü

  • + A
  • - A
  • 23-08-2021, 14:22


    Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

    Azadmedia.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 00:10 radələrində, Biləcəri qəsəbəsi, Füzuli küçəsində qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramiz Rafiq oğlu Ələkbərov idarə etdiyi “Toyota” markalı 10 TX 389 nömrəli avtomobillə Rayon Mühafizə İdarəsinin (RMİ) polis serjantı, 1987-ci il təvəllüdlü Bəhruz Rəcəb oğlu Cəfərovun idarə etdiyi “Volksvagen” markalı 99 AP 148 nömrəli avtomobili vurub.

    Qəza nəticəsində “Volksvagen” markalı avtomobilin ön hissəsi əzilib, xəsarət alan olmayıb.

    Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR