AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazirdən Dövlət Taxıl Fondu ilə bağlı - Qərar

  • + A
  • - A
  • 24-08-2021, 20:00



    Nazirlər Kabineti Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına dəyişiklik edib.

    Bununla bağlı müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb.

    Bildirilib ki, Nazirlər Kabinetinin qərarı Dövlət Taxıl Fonduna tədarük olunan, saxlanılmağa qoyulan, Fonddan istifadəyə buraxılan və Fondun yeniləşdirilməsi zamanı taxıl üçün tələblərin yeni AZS 888:2020 “Buğda. Texniki şərtlər” dövlət standartına uyğunlaşdırılmasını özündə ehtiva edir.

    Sənədin tətbiq edilməsi, taxıl ehtiyatlarının yaradılması zamanı ərzaqlıq buğdanın yeni standartın tələblərinə uyğun tədarük edilməsinə, dövlət ehtiyatları kimi saxlanılan buğdanın keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, nəticə etibarı ilə əhalinin daha keyfiyyətli un və çörək məmulatları ilə dayanıqlı təminatına imkan yaradacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR