AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həsrətimizin ümid qapısı – Ağdam

  • + A
  • - A
  • 14-09-2021, 01:30

    Həsrətimizin ümid qapısı – Ağdam

    Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarına ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfərləri davam edir. Erməni vandallarının törətdikləri əməllərin ölkə ictimaiyyətinə, eləcə də dünyaya bəyan edilməsi baxımından bu səfərlər mühüm əhəmiyyət daşıyır. Dünya həqiqətləri görməli, işğalçını tanımalı və ona öz layiq olduğu qiyməti verməlidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 16 avqust 2021-ci il tarixində Ağdama 70-dən artıq QHT nümayəndəsinin səfəri də bu məqsədə xidmət edirdi. Respublika Təhsil Şurasını sədr Samir Mehdizadə və təşkilatın katibi olaraq mən təmsil edirdim. Səfərdə iştirak etməyim işğalçıların əməllərini əyani şəkildə görməyimə və bu yazını qələmə almağıma rəvac verdi. Elə bilirəm ki, bu yazı ilə Ağdamın mövcud durumu haqqında oxucularımda məlumatların genişlənməsinə öz töhfəmi bəxş edə biləcəyəm. Həyatımın ən gözəl səfəri kimi xatirəmə yazılan bu səfərdə iştirakıma şərait yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm.


    Bu torpaqların hər qarışı bizim var-dövlətimizdir.

    Bərdədən Ağdama yol alırıq. Şəhərin mərkəzindən keçərkən 44 günlük Vətən müharibəsi zamanı ermənilərin raket zərbəsi ilə atəşə tutması nəticəsində şəhid olmuş dinc sakinlərin ruhunu dərin hüznlə yad edirik, onlara Allahdan rəhmət diləyirik. Bərdə 44 günlük Vətən müharibəsinin ağrı-acılarını ruhunda, cismində hiss etmiş, yaşamış qəhrəman şəhərlərimizdən biridir. Bu şəhər istər Birinci Qarabağ Müharibəsində, istərsə də, 44 günlük Vətən Müharibəsində sinəsini düşmənə sipər edib, qaçqın, köçkün bacı-qardaşlarımıza böyük mərhəmət hissi ilə qucaq açıb.
    Artıq keçmişdə qalan “təmas xəttini” keçib Ağdam ərazisinə daxil oluruq. Yol boyu hər addımda rastlaşdığımız texnikaları, toz-torpağa, dözülməz istiyə baxmayaraq həvəslə çalışan yolçəkənləri gördükcə, Azərbaycan hökumətinin tezliklə Qarabağda abadlıq işlərini başa çatdıracağına, burada firavan həyatın bərqərar olacağına inam yaranır. Bura əsl tikinti meydanıdır. Biz öz evimizi yenidən tikirik və ona qovuşacağmız günü səbirsizlikə gözləyirik. Fəhlələr üzlərində təbəssüm sürətlə ötüb keçən avtobusun sərnişinlərinə əl edirlər. Onların simasında həm də öz işlərindən dərin məmnunluq hissi duyulur. Yol boyu şəhid məzarları diqqətimi cəlb edir. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Bu torpaqda addım atmaqdan belə çəkinir insan. Düşünürsən ki, bəlkə bir şəhid məzarını tapdalayarsan, bir şəhid ruhunu narahat edərsən.
    Ağdamın düzən tərəfindəyik. Göz işlədikcə boş torpaq sahələri uzanıb gedir. Saralmış otlar, toz-torpaq, meyvə ağacları - bunlar bizim var-dövlətimizdir. Bu sahələrdə nə qədər kənd təsərrüfatı məhsulları əkib-becərmək olar. Boz görünən bu torpaqlar taxıldır, çörəkdir, kartofdur, soğandır, bir sözlə bol bərəkətdir, yüzlərlə iş yeridir, insanların çörək ağacıdır, onların nəfəsidir, insanları həyata bağlayan tellərdir. Ermənilər də bu torpaqlarda taxıl əkiblərmiş. Ölkələrinin taxıla olan ehtiyacının bir qismini məhz Azərbaycanın münbit torpaqları hesabına ödəyiblər. Amma hələlik bu torpaqlar ölüm saçır. Erməni vandalları bu torpaqlarda 100 minə yaxın mina basdırıb. Azərbaycan hökuməti basdırılmış minaların xəritəsini əldə edib, amma bəllidir ki, torpaqların gizli ölümdən təmizlənməsi hələ çox zaman alacaq.
    Qarabağ universiteti də Ağdamda, bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq.
    Tarixinin bütün dövrlərində Ağdamda təhsiln, mədəniyyətin, incəsənətin inkişafı diqqət mərkəzində saxlanılıb. Ecazkar Ağdam torpağı Azərbaycan və dünya mədəniyyətinə, elminə görkəmli şəxsiyyətlər, tarixi simalar bəxş edib. Bu görkəmli şəxsiyyətlər Azərbaycanı dünyada ləyaqətlə təmsil edib və bu gün də etməkdədirlər. Ağdamın təhsil mühitindən pərvazlanaraq elmdə söz sahibinə çevrilən alimlər, Ağdamın mədəniyyət, incəsənət mühitindən su içib dünyada Azərbaycanın şaqraq səsi kimi eşidilən sənətkarlar bu şəhərin elm, sənət mühitinin zənginliyindən soraq verir. Fikrimcə, Qarabağ universiteti də Ağdamda bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq. Doğulacaq ki, zəngin ənənələr, möhkəm təməllər üzərində yeni dövrün elm məbədgahı yaratsın...

    Ağdamın xarabalıqları da gözəldir.

    Ağdamın ruhu onun tarixində, mədəniyyətində, tarixə bəxş etdiyi görkəmli simaların əməllərində yaşayır. Bu ruhu öldürmək, onu tarixin toz-torpağı altında dəfn etmək mümkün deyil. Ağdamı gəzdikcə buna bir daha əmin olurdum. Erməni vandalları tərəfindən dağıdılmış binaların, məzarların arasından keçərkən, Azərbaycanfilm kinostudiyasının istehsalı olan “Nəsimi” filmindən bir kadr yadıma düşür. Dövlət bəyin kəsilmiş başı onun heyranı olan Şəmsin qarşısına atılır. Şəms Dövlət bəyin kəsilmiş başını görüb deyir: - Dövlət bəyin ölüsü də gözəldir. Dövlət bəy fiziki cəhətdən öldürülsə də, o, onu sevənlər üçün əbədiyaşarlıq zirvəsinə ucalmışdı. Ağdam da mənim nəzərlərimdə, xarabalıqları da gözəl olan, fiziki cəhətdən dağıdılsa da, ruhu ilə əbədiyaşarlıq qazanan bir şəhər kimi canlanırdı. Bəli, məhz canlanırdı. Uçulub dağılmış imarətlər, saraylar, türbələr, məscidlər sanki bir anın içində əvvəlki görkəmini alır, qapılarını ona bağlı olan insanların – ağdamlıların üzünə açır. Yenə köhnə günlər geri qayıdır: uzaqdan muğam səsi eşidilir, atların kişnərtisi, qığılcım saçan nal nəsləri qulaqlarımda cingildəyir. Ağdamlılar öz evlərinə qayıdırlar. Və mən xəyaldan ayılıram. Hiss etdiklərimin xəyal deyil, həqiqət olduğunu görürəm. Bu günləri bizə nəsib edənlərə içim bir minnətdarlıq duyğusu ilə dolur.
    Məzarları dağıtmaq hansı millətin “mədəniyyətində” var?
    Ağdamda hər yeri dağıdıblar. Məsçidə, məktəbə, mədəniyyət evinə, uşaq bağçasına, dram teatrına belə güzəşt edilməyib. Bunu gözləmək də mümkün deyil. Mədəniyyətə, tarixə ehtiram etmək üçün gərək özünün də mədəniyyətin ola. Bunu erməni vandallarından gözləməkmi olar? Bu toplum öz övladına mədəni dəyərlər deyil, vandalizm aşılayır. Başqa millətlərin mənəvi dəyərlərinə ehtiram onların leksikonunda və tərbiyə konsepsiyasında yoxdur. Xocalıdan, Ağdabandan, Başlıbeldən və s.dən danışmadan Ağdamda gördüklərimizdən elə bu qənaətə gəlmək mümkündür. Görəsən işğal etdikləri ərazilərdə məzarları qazıb sümükləri oğurlamaq, təhqir etmək dünyada başqa hansı millətin “mədəniyyətində” var?

    İmarətin simasından kədər oxumamaq mümkün deyil...


    Ağdamda ilk ziyarət etdiyimiz məkan Qarabağ xanı Pənahəli xanın imarəti oldu. Pənahəli xan bu imarətdən yay sarayı kimi iştifadə edərmiş. XVIII əsrə aid olan bu tarixi-memarlıq abidəsi xan nəslinin birinci mülklərindən hesab olunur. Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə ehtiva edən saray kompleksinin inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə təsadüf edir. Zaman keçdikcə, Ağdamda bir-birindən yaraşıqlı, müxtəlif memarlıq üslublarında binalar inşa edilsə də, Pənahəli xanın sarayı öz gözəlliyini, fərqliliyini, ilkinliyini qoruyub saxlayıb. Sarayın gələcək nəsillərə ən mühüm ərməğanı isə, onun Azərbaycan xalqına, onun tarixi, milli, mənəvi dəyərlərinə bağlılığı olub. Saray milli ruhla yaradılıb. Xan sarayının hər qarışında bu ruhu duymaq, ona toxunmaq mümkündür. Erməni vandalları Ağdamı işğal altında saxladıqları 27 il ərzində xan sarayının ruhunu məhv edə bilməyiblər. 27 il ərzində öz həqiqi sahiblərindən ayrı düşən imarətin simasından kədər oxumamaq mümkün deyil...

    Bu kədər sarayın həyətində Xan qızı Xurşudbanu Natavanın erməni vandalları tərəfindən dağıdılmış məzarı ilə də müşayiət olunur. Məzar açılıb, mərhumun sümükləri çıxarılaraq oğurlanıb. Xan sarayının həyətindəki vandalizm dünyanın, insan tərəfindən törədilmiş ən faciəvi tablosunu xatırladır. Dağıdılmış məzar, qurumuş ağaclar, susuz, sahibsiz ağlayan torpaq, raket zərbəsindən uçulmuş hasar, deşilmiş gümbəz... və bütün bunları törədən insan mənəviyyatsızlığı bu tablonun qarışıq rəngləri fonunda insanın insana qarşı nifrətinin zirvəsini göstərir. Bu tabloda erməni mənəviyyatsızlığının iç üzü bir daha açılır.

    Ağdam Cümə məscidində


    Cümə məscidindəyik. Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilən, Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə birləşdirən tarixi Cümə məscidində. Biz bu məscidi televiziya ekranlarından çox görmüşük. 1992-ci ilin 26 fevralında Xocalıda erməni vəhşiliyindən salamat qurtaranların ilk sığınacaq yeri, şəhid olanların isə son mənzilə yola salınma məkanı idi Cümə məscidi. O zamanın tutqun videolentləri Cümə məscidini ağlayan ibadətgah kimi yaddaşıma köçürüb. Burada sanki göz yaşları 27 ildir ki, donub, səslər, nəfəslər dayanıb. Yol yoldaşlarımız məsciddə namaz qılırlar. Bu, onların çoxdankı arzuları imiş. Arzusuna qovuşanları görəndə çox sevinirəm. Məscid öz həqiqi sahiblərinin nəfəsi ilə yavaş-yavaş isinməkdədir. Erməni vandalları bu tarixi abidəni uçurmayıblar. Ona görə yox ki, bizim dini-mənəvi dəyərlərimizə hörmət edirlər. Yox. Qarabağda uçulub dağıdılmış məscidlərin sayı o qədərdir ki... Cümə məscidi ona görə dağıdılmayıb ki, işğalçı hərbçilər ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Buna görə də məscidin yalnız divarları salamat saxlanıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavan bir neçə yerdən, hücrə və yardımçı otaqlar tamamən uçurdulub. Məscidin daxili tərtibatı tamamilə məhv edilib, divarlara məscid inşa edilən zaman həkk edilmiş yazılar pozulub. Bu yazılar işğalçıların gözünə ox kimi sancılırmış. Əvəzində məscidin xarici və daxili divarlarına erməni və rus dillərində Azərbaycan xalqına qarşı alçaldıcı, təhqiredici ifadələr yazıblar. Bu ifadələrlə əslində öz simasızlıqlarını daşa, divara həkk ediblər. Ermənilər məsciddən uzun illər tövlə kimi yararlanıblar. Onlar tarixi abidələrin qorunması haqqında bütün qayda-qanunları, dəyərləri ayaqlar altına atıb tapdalayıblar. Bu, insanın daxilindən daşlara püskürən nifrətinin ifadəsidir. Bu, təhsilsizliyin, tərbiyəsizliyin, mənəvi aşınmanın təzahürüdür.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra bu şəhərə səfəri zamanı Ağdam Cümə məscidini ziyarət edib. Möhtərəm Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam Cümə Məscidinə bağışlayıb. Bu gün bu müqəddəs kitab bu məscidin ən qiymətli varidatıdır. Məscidin tarixi simasını bərpa edəcəyi, insanlara azan səsi bəxş edəcəyi gün uzaqda deyil.


    Ağdam Dövlət Dram Teatrının “sevinc göz yaşları”


    Ağdamın bütün binaları kimi, Dövlət Dram Teatrı da 27 ildir kədərli sükut içindədir. Bir zamanlar bölgənin mədəni həyatına rəng qatan Dram Teatrı fəaliyyəti dövrünün ən ağır günlərini yaşayıb. Erməni vandalları Ağdamı işğal etdikdən sonra bu mədəniyyət məbədini yerlə yeksan ediblər. Bina dağıdılsa da, onun qarşı hissəsindəki sütunlar salamat qalıb. Bu sütunlara yaxınlaşıb, onlara toxunuram. Mənə elə gəlir ki, sütunlar əsirlikdən azad olduqları üçün “sevinc göz yaşları” axıdırlar.
    Teatr 1902-ci ildə görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməkliyi ilə yaradılıb. Elə ona görə də bu gün onun adını daşıyır. O teatrın fəaliyyətə başlaması üçün gərgin iş aparılıb. Nəhayət, 1904-cü ildə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri ilə qapılarını teatrsevərlərin üzünə açıb. Ağdam Dram Teatrının binası füsunkar görkəmi ilə görənləri heyran edib. Bu teatrda neçə-neçə aktyor nəsli formalaşıb. Teatrın repertuarı Azərbaycan və dünya klassiklərinin əsərləri ilə hər zaman zəngin olub. Ağdam Dövlət Dram Teatrı Ağdamın işğalından sonra qaçqın həyatı yaşayıb. Nə qədər çətin olsa da, fəaliyyətini davam etdirib. Bu gün ağdamlılar bu mədəniyyət məbədgahının da bərpa olunacağını, Ağdamın teatrlı günlərini səbirsizliklə gözləyirlər.
    Tarixin daha bir əmanəti
    Qiyaslı kəndinə doğru gedirik. Burada XVIII əsr abidəsi olan Qiyaslı məscidini ziyarət edəcək, erməni vandaliziminin daha bir üzü ilə tanış olacağıq. Uzaqdan Qiyaslı məscidinin xarabalıqları görünür. Yaxınlaşdıqca məhv edilmiş bir tarixi abidənin qalıqları üzərinə “həkk olunmuş” erməni cinayətinin izləri aydınca görünür. Elə cinayətlər var ki, onları ancaq ermənilər törədə bilərlər. Qiyaslı məscidində də erməni vandalları öz cinayətkarlıqlarının yeni bir izini açıblar. Bu cinayətin xüsusiyyətləri odur ki, onlar dağıtmaqla kifayətlənmirlər, təhqir edirlər, alçaldırlar. Damarlarında daşıdıqları qan onları bu cinayətləri törətməyə sövq edir. Ermənilər Qiyaslı məscidindən uzun illər tövlə kimi istifadə ediblər. Bu əməllər bəşəriyyət üçün utancvericidir. İnsanlıq adına ləkədir.

    Sahbulağın Şah qalası

    Qiyaslı kəndindən çıxıb Ağdamın ruhu yaşayan daha bir tarixi məkana - Şahbulaq qalasına doğru yol gedirik. Şahbulaq qalası Ağdam şəhərinin 5-6 kilometrliyində yerləşir. Qala uzaqdan diqqəti cəlb edir. O, dünyanın müxtəlif ölkələrində gördüyüm ən möhtəşəm qalalara bənzəyir. Günəş rəngindədir, onun kimi işıq saçır. Onu seyr etmək, ona toxunmaq dünyanın ən qiymətli əşyasına toxunmaq hissi yaradır. Qalanın yanında yaşıllıqların arasından sırhaşırla axan Şahbulaq çayının adından götürülüb qalanın adı. Qala ilə çayın vəhdətində yaranan füsunkar gözəllik ağdamlıların və bura gələn qonaqların hər zaman zövqünü oxşayıb. Bu qala öz görkəmi və əhəmiyyəti etibarilə Ağdamın simvollarından birinə çevrilib. Tarixi mənbələrdə yazılır ki, Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında əhəngdən və dağ daşlarından istifadə olunaraq inşa edilib.
    Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Şahbulaq qalasında mənfur düşmən öz ənənəvi saxtalaşdırma işlərinə başlayıb. Qalanın daxilindəki məscid (Şahbulaq məscidi), hamam və bulaq dağıdılıb. Saxtakarlıqlarını torpağın altında axtaran ermənilərin Şahbulaqla bağlı niyyətləri elə əzəli Azərbaycan torpaqlarında da əbədi dəfn olunub.

    Ocağımız sönməyəcək...

    Ağdama səfərimiz nikbin notlarla tamamlandı. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Ağdama təyin olunmuş xüsusi nümayəndə Emin Hüseynov şəhərin baş planını təqdim edərkən, düşünürdüm ki, 100 min əhali üçün nəzərdə tutulmuş gələcək Ağdam şəhəri inkişaf etməkdə olan ölkəmizin tərəqqisini şərtləndirən modelə çevriləcək. Ağdam, eləcə də, Qarabağda həyata keçiriləcək quruculuq işləri Azərbaycanın mədəni və iqtisadi qüdrətinin göstəricisi olacaq. Ağdamın baş planı ilə tanışlıq, bu plana uyğun olaraq işlərin sürətlə həyata keçirilməsi Ağdamın biz düşündüyümüzdən daha erkən dirçələcəyinə inam yaradır.
    Ağdamdan ayrılırıq. Avtobusun pəncərəsindən şəhər 1 nömrəli tam orta məktəbin dağılmış binası görünür. Hələlik bu bina bizə ancaq xarabalığı xatırladır. Amma tezliklə burada yaraşıqlı məktəb binası ucalacaq. Məktəb öz əvvəlki şöhrətinə qayıdacaq. Yaradıcı, qurucu Azərbaycan xalqı Ağdamda elə bir məşəl alovlandıracaq ki, işığı bütün aləmə yayılacaq. Dostların gözünə nur bəxş edəcək, düşmənlərin gözünə köz kimi toxunacaq...
    Böyükağa MİKAYILLI,
    Respublika Təhsil Şurasının katibi.
    Bakı – Ağdam - Bakı


    ***

    The door of hope of our nostalgia – Aghdam

    The tours of the representatives of public, journalists to the territories liberated from the Armenian occupation still continue. Such tours have great importance in terms of declaring the actions committed by the Armenian vandals to the world public. The world must see the realities, must know the invaders, and the invaders must be deservedly punished. The tour arranged on August 16,2021 by the Agency of State Support to Non-Governmental Organizations (NGO) for more than 70 representatives of NGO to Aghdam served this purpose. The chairman of the Council of Education of the Azerbaijan Republic - Samir Mehdi-zadeh represented the Council and as secretary I represented the organization. My participation in that tour helped me to see the vandalism of the invaders and stimulated me to write this article. I think that with this article I will be able to contribute to the expansion of information of my readers about the existing situation of Aghdam. I am grateful to everybody who invited me to take part in that tour which was written on my memory as the best tour of my life

    Every inch of those lands is our wealth

    We set our way from Barda to Aghdam. While passing through Barda city we remember with deep sorrow the spirits of the peaceful inhabitants who became martyrs by the rocket attack of the Armenians during 44-day Patriotic War, we pray for them sleep in peace. Barda is one of the heroic cities that felt the pains, aches of 44-day Patriotic war in its spirit and body. Both in the First Patriotic War and 44-day Patriotic war, this city shielded its chest against the enemies, embraced the refugees and the displaced kindly.
    We pass through “the touch-line” that was already left in the past and enter the territory of Aghdam. Along the way we see the heavy techniques, road-builders working avidly despite of dust or hot weather and believe that soon the government of Azerbaijan will finish renovation process in Qarabagh, the inhabitants will live a happy life there. All around look like a building site. We rebuild our home, and wait impatiently for the day to move our home. The workers smiling wave their hands to the passengers of the busses. From the expression on their faces it is obviously felt that they are pleased with their job. The graves of the martyrs on the sides of roads draw my attention. Aghdam is the city that gave the most martyrs during the First Qarabagh War. Here you are afraid even to take a step, because it is possible to trample on a martyr’s grave, or disturb the spirit of a martyr. Empty lands are stretching out all around as far as we can see. The faded grass, dust, fruit trees- all these are our wealth. So many agricultural products can be cultivated here. This grey visible land is wheat, potato, onion, in one word, it is abundant blessing. The lands which seem grey are the places of jobs for hundreds of people , places to earn their livings, their breath, the ties that bind them to life. They say that the Armenians also planted wheat there. It appears that the need for wheat of Armenia was met thanks to the fertile lands of Azerbaijan. For now these lands are dangerous. The Armenian vandals have buried about more than 100 thousand mines there. It is true, the government of Azerbaijan got the map of the buried mines, but it is obvious that it will take much time to clean the lands from this secret death.

    Qarabagh University will be born in Aghdam, like a “science” and “education” child of this enlightening city, too.

    In all the periods of the history Aghdam was the centre of education, culture and art. The miraculous Aghdam land gave eminent personalities and historical figures to the Azerbaijan and the world culture, world science. These outstanding figures represented and represent Azerbaijan in the world with dignity. Scientists coming from the educational environment, artists coming from the art and cultural environment of Aghdam prove the city to be the centre of science and education. To my mind, Garabagh University will be born in Aghdam, like a “science” and “education” child of this enlightening city. It will be born to create a science temple which will be based on rich traditions and solid foundations...

    Even the ruins of Aghdam are nice

    The spirit of Aghdam lives in its history, in its culture, in the deeds of the eminent personalities whom it had endowed to the history. It is impossible to kill that spirit, to bury it under the dust of the history. While passing through the buildings and graves ruined by the Armenian invaders I remembered a shot from the film “Nasimi”, the production of Azerbaijanfilm film studio. The cut head of Dovlet bey is thrown in front of Shems who admires him. Seeing the cut head of Dovlet bey Shems says: “Even the dead body of Dovlet bey is nice.”
    Though Dovlet bey was killed physically he had risen to the top of eternity for those who loved him. In my eyes Aghdam enlivened like the city which was ruined physically but gained eternity with its spirit. Yes, it was enlivened in my eyes. As if the knocked down, ruined palaces, big houses, tombs, mosques return to their previous form, and open their doors to the native persons- to the inhabitants of Aghdam. Again the former days return: mugham is heard from a distance, neighing of the horses, the sounds of sparking horseshoes are ringing in the ears. The inhabitants of Aghdam are returning to their homes. Suddenly I wake up from my dreams. I see that what I felt wasn’t a dream but the truth. My heart is full of the feelings of gratitude to those who endowed us these happy days full of victory.

    Which nation has ‘the culture” to knock down the graves?

    The Armenian vandals ruined everything in Aghdam. They ruined mosques, schools, culture homes, kindergartens and even the theatre. It is impossible to hide their cruel actions. In order to respect culture, history one must be cultural. How can we expect culture from the Armenian vandals? They rusticate vandalism to their children, not the spiritual values. In their lexicon and upbringing conception there isn’t respect to the spiritual values of other nations. Seeing what they had done in Aghdam we can easily imagine their vandalism in Khojaly, in Aghdaban, in Bashlibel and so on. Which nation has “the culture” to dig the graves and steal the bones, insult the dead bodies in the territories they invaded, I wonder?

    It is impossible not to read grief on the face of the palace…

    The first place we visited in Aghdam was the palace of Penaheli khan - the khan of Qarabagh. He used that palace as a summer house. That historical-architectural monument belonging to XVIII century is considered one of the first real properties of khan’s generation.The building of the palace-complex containing the characteristic features of the eastern architectural style began in the years when Penaheli khan started khanate building in Garabagh. Years passed and nice, splendid buildings with different architectural styles were built in Aghdam. but the palace of Penaheli khan was distinguished among them. The main important gift of the palace to the future generation was its connection to the people of Azerbaijan, to its historical, national, spiritual values. It is possible to feel it in each inch of khan’s palace, it is possible to touch it. During 27 years of occupation Armenian vandals couldn’t be able to destroy the spirit of the palace. It is impossible not to read grief on the face of the palace which had been separated from its real owners…
    This grief is accompanied by the destroyed grave of Khan’s daughter Khurshudbanu Natavan in the yard of the palace. Her grave was opened, her bones were stolen. The vandalism in the yard of khan’s palace resembles the most tragic picture created by the human being. The destroyed graves, the dry trees, the thirsty and ownerless crying soil, the fence knocked down by the rocket attack, hollowed out dome …and in the background of this picture immorality of the human being who created all these displays the hatred of human being to other human beings . In that picture the immorality of Armenians is seen obviously.

    In Aghdam Juma Mosque

    We are in Juma Mosque. In the mosque built during 1868/1870’s by the architect called as Kerbalayi Sefikhan Qarabaghi that combines the features belonging to eastern architectural style. Most of us saw that mosque through the screens of TV . On February 26 in 1992 this mosque sheltered those who could survive from the vandalism of Armenians in Khojaly, and it was the place where the martyrs were brought and their funeral ceremony were organized. The dark, dim videotapes of that time caused Juma mosque go into the memories like the crying temple. As if the tears were frozen there for 27 years, the voices, sounds and breathing stopped there. Our fellow-travelers perform namaz in the mosque. It was their old wish. I am glad to see their wishes have turned to reality. The mosque gets warmer gradually by the breathing of its real owners. The Armenian vandals didn’t destroy the mosque . No, don’t think that they respect our religious-spiritual values. There are a number of destroyed mosques in Qarabagh… The invaders didn’t knock down Juma mosque because they used the mosque as an observation post. That was why only the walls of the mosque kept safe. They destroyed the minarets of the mosque from within, the ceiling was destroyed from some places, the cells and other rooms were knocked down. The inner arrangement of the mosque was completely destroyed, the writings engraved on the walls of the mosque were crossed out. It appears that those writings stuck into the eyes of our enemies like an arrow. Instead on the inner and outer walls of the mosque there were written insulting words in Armenian and Russian languages. With those words they engraved their real face on the walls. The Armenians used the mosque as a stable for many years. They have trampled underfoot all the rules about protecting the historical monuments and values. It is the expression of hatred that erupts to the stones from inside of the human being .It is the manifestation of ignorance, rudeness and spiritual weakness.
    During his tour to Aghdam after the city was liberated from the invaders the president of Azerbaijan Republic, Ilham Aliyev visited Juma mosque. The honorable president presented the Koran that he had brought from Mecca to Aghdam Juma mosque. Today that holy book is the most valuable thing in that mosque. We believe that soon the mosque will be rebuilt and the people will hear azan sounds from there.

    Aghdam State Drama Theatre’s “tears of joy”

    Like all the buildings in Aghdam, State Drama Theatre has been in sorrowful silence for 27 years. Once being very famous and adding colour to the cultural life of the region this theatre has lived the most troubled days. The Armenians destroyed this monument of culture after they invaded the city. Though the building was ruined, the columns in front of it were survived. I go up to those columns and touch them. It seems to me that the columns are shedding “ tears of joy” because they are free of captivity.
    The theatre was established in 1902 with the support of eminent playwright Abdurrahim bey Haqverdiyev. That is why at present time the theatre is named after him. Intensive work was carried out to cause the theatre to start its activity. At last, in 1904 the play by M.F.Akhundov “Adventures of veziri-khani Lenkaran” and A.Haqverdiyev’s play “Destroyed hearth” were staged in that theatre, so the theatre opened its doors to the inhabitants of the city. The building of Aghdam State Drama Theatre amazed everybody with its miraculous appearance. A number of actors’ generations were formed there. The repertoire of the theatre was always rich in the works of the Azerbaijani and world classics. After the occupation of Aghdam, the State Drama Theatre lived a refugee life. The theatre continued its activity no matter how difficult it was. Today the inhabitants of Aghdam wait impatiently the day of restoring of this temple of culture.

    Another saving of the history

    We are travelling towards Qiyasli village. There we shall visit Qiyasli mosque, the XVIII century monument, we shall witness with another vandalism of the Armenians. From a distance the ruins of the Qiyasli mosque are seen. While approaching the mosque we see the traces of Armenian crime ‘engraved” on the remainders of the historical monument. There are such crimes which can be committed only by the Armenians. In Qiyasli mosque the Armenian vandals opened a new trace of the their crimes. The main feature of their crime is that they aren’t satisfied by destroying something, they also insult, try to lower. The blood running in their veins stimulate them to commit those crimes. The Armenians used Qiyasli mosque as a stable for many years. These actions are shame for the humanity. It is a stain on the name of humanity.

    Shahbulaq’s Shah’s castle

    We leave Qiyasli village and go towards another historical place where Aghdam’s spirit is living- the Shahbulaq Castle. Shahbulaq Castle is situated at a distance of 5 or 6 kilometers from Aghdam city. From a distance the Castle draws our attention. It looks like the most grandiose castles of the world I’ve seen.It has the colour of the Sun and shines like it. To watch it, to touch it is like to touch the most valuable thing of the world. The name of the castle was taken from the name of the river Shahbulaq purling near the castle through the woods. The miraculous beauty created by the unity of the castle and the river has always amazed the inhabitants of Aghdam and the tourists who visited the place. The castle was one of the symbols of Aghdam for its appearance and importance. It is written in the historical sources that Shahbulaq castle was built during the period November 20, 1751 and November 7, 1752 from lime and mountain stones.
    After Aghdam was invaded by the Armenians in 1993, the damned enemies started their traditional falsification actions. The mosque inside the castle (Shahbulaq mosque), bath-house and spring were destroyed. The intention of the Armenians who looked for their falsification under the soil was also buried under the lands of Azerbaijan eternally.

    Our hearth will never go out…

    Our tour to Aghdam ended with optimistic notes. When Emin Huseynov a special representative to Aghdam appointed by the order of the president of the Republic of Azerbayjan Ilham Aliyev presented the head plan of Aghdam, I was thinking that the future Aghdam where at least 100 thousand inhabitants will live, will turn to a model that would cause the progress of our country. The building process implemented in Qarabagh, including Aghdam, will be the parameter of the cultural and economical power of Azerbaijan. Iooking through the head plan of Aghdam, we believe that the plan will be carried out earlier than we think.
    We leave Aghdam. Through the window of the bus we see the destroyed building of the secondary school number 1 of Aghdam. For now that building reminds us of the ruins. Soon a new school will be built there . The school will return to its former glory. The creative Azerbaijani people will light such a torch in Aghdam that its light will spread all around. The light of that torch will give light to the eyes of our friends, and will touch the eyes of our enemies like a cinder.

    Boyukagha Mikayilli

    The secretary of Education Council of the Republic of Azerbayjan

    Baku-Aghdam-Baku


    Translator: Sevil Gulten


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR