Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azəriqaz” İB arasında birgə işçi görüş keçirilib. Bu barədə "Azəriqaz" İB-dən Azadmedia.az-a daxil olan məlumatda bildirilib. Qeyd edilib ki, görüşdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və digər məsul şəxslər iştirak edib. İşçi görüşdə respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən və təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması, bu yönümdə perspektiv fəaliyyət planının hazırlanması məsələləri geniş müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.