AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını SAXLADI

  • + A
  • - A
  • 17-09-2021, 19:40

    Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını SAXLADI

    Azərbaycan polisi bu gün Gorus-Qafan avtomobil yolunun Vorotan kəndi ərazisində erməni avtomobilini saxlayıb.

    AzadMedia.az xəbər verir ki, sözügedən avtonəqliyyat Azərbaycan ərazisinə qanunsuz keçərək erməni diversantlarına çörək aparırmış.

    Gorus şəhər bələdiyyə başçısının müavini Karen Köçəryan bildirib ki, maşın ciddi şəkildə yoxlanılıb və sonradan əraziyə Rusiya sülhməramlıları cəlb edilib.

    O, bildirib ki, Gorus-Qafan yolunda İran maşınları hələ də tam şəkildə Azərbaycan polisi tərəfindən yoxlanılır. Maşınların əksəriyyəti buraxılmır, bu da yolu hərəkətsiz hala gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR