Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 29 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən Böyükşor gölünün reabilitasiyası ilə bağlı icraçı qurumların siyahısından İqtisadiyyat Nazirliyi çıxarılıb.
Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC qalıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.