AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cavanşir Paşazadə: "Xalq Ali Baş Komandan cənab İlham Əliyevin adının əbədiləşdirilməsini istəyir, bu istəyi təmin etmək lazımdır"

  • + A
  • - A
  • 1-10-2021, 14:21


    "Ali Baş Komandan, Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi həm də xalqın istəyi və tələbidir. Hesab edirəm ki, bu təklif qanunvericilik çərçivəsində təmin edilməlidir. Ulu öndər Heydər Əliyev irsinin qoruyucusu, hakimiyyətdə olduğu müddətdə Azərbaycan ordusunu, ölkəmizin iqtisadi və sosial gücünü artırmağa nail olan Prezident adının əbədiləşdirilməsinə layiqdir. İllər sonra şanlı Zəfər anıldıqda təkcə qanı, canı bahasına torpaqları işğaldan azad edən şəhid və qazilər deyil, həmçinin uzaqgörən siyasəti ilə Vətən müharibəsindəki qələbəni təmin edən Ali Baş Komandan İlham Əliyev ilk xatırlananlardan olacaq".

    Bunu AzadMedia.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

    Deputat bildirib ki, son yüz illər ərzində, ümumiyyətlə, Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməmişdi: "2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində isə Azərbaycanın rəşadətli ordusu buna nail oldu və Qarabağ erməni vandallarından azad edildi. Unutmaq olmaz ki, müzəffər Azərbaycan ordusuna Ali Baş Komandan, Prezident İlham Əliyev başçılıq edirdi. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında biz Ermənistana həm siyasi, həm də hərbi meydanda qalib gəldik, erməni hərbçilərini öz torpaqlarımızdan qovduq. Odur ki, ötən gün parlamentdə Ali Baş Komandanın adının əbədiləşdirilməsi ilə bağlı səslənən təklifi, əlbəttə ki, müsbət qarşılayıram. Hesab edirəm ki, müharibəni tələb edən, vaxtilə torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycan xalqı indi də Ali Baş Komandan cənab İlham Əliyevin adının əbədiləşdirilməsini istəyir. Xalqın istəyini təmin etmək lazımdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR