AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarif Şurası qazın da qiymətini QALDIRDI

  • + A
  • - A
  • 16-10-2021, 15:24


    Bu gün 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

    Taarif Şurasından verilən məlumata görə, iclasda təbii qazın tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

    Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

    İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR