AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb

  • + A
  • - A
  • 20-10-2021, 19:09


    Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlament Sədrlərinin Konfransında iştirak etmək üçün Yunanıstan Respublikasına işgüzar səfərə gəlib.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə Afina Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
    Sabah Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin Avropa Konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edəcək spikerlərlə bir sıra görüşləri də nəzərdə tutulub.
    Xatırladırıq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR