“Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində dəyirmi masa təşkil olunub.
Azad media.az-ın cənub bürosunun məlumatına görə, Masallı Tarix- Diyarşünaslıq Muzeyində Vətən Müharibəsinin birinci ildönümü ilə bağlı növbəti tədbir keçirilib.
Masallı Tarix- Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş “Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində növbəti dəyirmi masa təşkil edilib.
Tədbirdə gənclər, mədəniyyət işçiləri və vətən müharibəsinin qaziləri iştirak ediblər.
İlk öncə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Vətən müharibəsi dövründə igidliyi ilə adını ölkəmizin müstəqillik tarixinə Milli Qəhrəman kimi yazdıran vətən oğulları ilə hər zaman fəxr etdiyini bildirib.Müqəddəs torpağlarımız uğrunda canını qurban verən şəhidlərimizi həmişə qəlbində yaşadır, onların keçdiyi şərəfli yolu qürurla xatırlayır və əsgərlərimizin hər birinin getdiyi mərdlik yolunu gənc nəslə nümunə kimi təqdim edir.
Sonra Vətən müharibəsi iştirakçıları Məmmədov Ceyhun,Bağırov Ülvi,Məmmədov Şahin,Aslanov Elşən,Mövsümov Rüfət,Quliyev Orxan çıxışlarında keçdikləri döyüş yolundan cətində olsa danışdılar.Ağrılı günlərin geridə qaldığını,həm də dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqətə, qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda iştirakçılarla xatirə fotoları çəkilib.
Ülkər Piriyeva