Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.
Nazir təbrik mətnini rəsmi "Twitter" səhifəsində paylaşıb.
"Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir. Qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edir, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq", - Mikayıl Cabbarov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.