AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fulya Öztürk - “Türk insanı, türk qadını, türk jurnalistləri həm cəsur, həm mərhəmətli, həm də ədalətin yanındadır” - Reportaj

  • + A
  • - A
  • 31-10-2021, 21:53


    Türkiyəli Jurnalist Fulya Öztürk Azadmedia.az-ın redaktoru Ülkər Piriyevaya açıqlamasında - “Türk xalqı, türk qadını, türk jurnalistləri həm cəsur, həm mərhəmətlidir, həm də ədalətin tərəfindədir”, deyə - bildirib.

    - “Bir millət, iki dövlət” ifadəsinin media arenasında ən gözəl təcəssümü olan bir jurnalist kimi qardaş Türkiyə mediası adından Azərbaycanın haqq səsini dünyaya çatdırdınız, II Qarabağ Müharibəsində 44 gün boyunca dayanmadan öz sahənizdə uğurla çalışdınız, beləliklə, Türk qadınının nələr edə biləcəyini və çətinlikləri aşaraq vəzifəsini necə uğurla yerinə yetirəcəyini dosta, düşmənə göstərən bir jurnalist olaraq bu gün, Azərbaycandan dünya media arenasına mesajınız nə olardı?

    “Bilirsiz, dünya mediası həmişə buranı görməzlikdən gəlirdilər, həmişə bu haqda düşünürdüm, bir gün görmədilər, iki gün görmədilər, niyə buranı görmürlər, axı niyə, bu mənim üçün o qədər ağır idi ki, həqiqətən oturub kədərlənirdim. Niyə mən burada yaşadığım bu qədər şeyi başqa ölkələrin kanallarında izləyə bilmirəm? Niyə yalnız Türkiyə və Azərbaycan jurnalistləri yayınlayır? Niyə bu ölümləri, qətliamları başqa kanallar göstərmir? Mənim üçün o qədər ağır idi ki, hətta ağlamaq istəyirdim..

    Amma onu qeyd deyim ki, Fulya filmini izləyərkən belə ​​həmişə emosional oluram. Onsuz da baxa bilmirəm, baxdıqca o ağır anları yenidən yaşayıram. Çünki orada yaşadığım şeylər avtomatik olaraq gözümün qabağına gəlir və qəhər məni boğur..

    Azadmedia.az
    vasitəsilə bütün dünyaya mesajım bu olardı – Türk insanı, türk qadınları, türk jurnalistləri həm cəsur, həm mərhəmətli, həm də haqlının tərəfdədir. Biz həmişə haqqın tərəfində olmuşuq. Xoşbəxtəm ki, bu işi şərəflə, namusla, vicdanla etdik və dünyaya çatdırdıq. Amma digər namuslu, vicdanlı Qərb ölkələri görməsə də, Türk dünyası həmişə haqlının yanında olub və vicdanla hərəkət edib və bu hər zaman da belə olacaq. Yaşasın Türk dünyası!”

    Qeyd edək ki, Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin oktyabr ayının 31-də Nizami Kino Mərkəzində təqdimatı keçirildi.

    44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

    Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

    Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.

    Xatırladaq ki, “Fulya” filmi oktyabr ayının 8-dən etibarən Türkiyənin, oktyabrın 28-dən etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR