AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Gorus-Qafan yoluna nəzarətindən sonra Paşinyanın ermənilərə məsləhəti

  • + A
  • - A
  • 11-11-2021, 12:11



    Xəbər verdiyimiz kimi, Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

    AzadMedia.az xəbər verir ki, erməniləri narahat edən bu haldan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Azərbaycanın Zəngəzurda yaratdığı gömrük məntəqəsi ilə bağlı verdiyi açıqlamaya toxunub.

    O, ermənilərə başqa yoldan istifadə etməyi məsləhət görüb:

    "Azərbaycanlılar noyabrın 11-i gecə yarısından etibarən Ermənistan vətəndaşlarının yükləri üzərində gömrük və pasport nəzarəti həyata keçirəcəklər. Biz də qərara gəldik ki, həmin hissədən keçən vətəndaşları Tat-Ağvan yolunun M2 adlanan hissəsinə yönləndirək".

    Paşinyan hazırda qeyd etdiyi yolun təmirsiz olduğunu bildirərək, ərazidə işlərinin başladığını vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR