AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyevlə Paşinyan bu mövzuları müzakirə edəcək

  • + A
  • - A
  • 23-11-2021, 21:38


    “ATƏT-in Minsk qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib. Onun sözlərinə görə, dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək.

    “Qarşıdan gələn görüşlərlə bağlı xəbərlər müsbət qarşılanmalıdır. Görüşlərdə delimitasiya və demarkasiya prosesinin nədən başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq”, - Paşinyan qeyd edib.

    Erməni Baş nazir əlavə edib ki, vəziyyəti həll etmək və böhranlardan qaçmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında danışıqlar tez-tez aparılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR