AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları başa çatıb

  • + A
  • - A
  • 30-12-2021, 09:10


    “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallıda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları başa çatıb.

    Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları keçirilib.

    Yarışların keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin formalaşdırılması , onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin idmanın kütləviliyinin təmin olunması olmuşdur.

    Qeyd edək ki, 23-29 dekabr 2021-ci il tarixlərdə keçirilən yarışlarda məktəblilər şahmat, mini-futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvə və bacarıqlarını sınayıblar.

    Yarışlarda qaliblərə diplomlar təqdim olunub.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR