Müdafiə Nazirliyindən Azadmedia.az-a daxil olan məlumatı təqdim edirik:
Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.
Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.
Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.