AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir - Yavuz Səlim Kıran

  • + A
  • - A
  • 3-02-2022, 19:13

    Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir - Yavuz Səlim Kıran


    Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərə dair təxminən 302 saziş imzalanıb. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə bu sazişlərin, münasibətlərin zirvəsidir.

    Bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Ankarada keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin bərpasının 30-cu ildönümü” adlı konfransda bildirib.
    O, iki ölkənin bununla kifayətlənmədiyini, Türkiyə və Azərbaycanın Cənubi Qafqazın sülh regionuna çevrilməsi üçün əməkdaşlığa töhfə verdiklərini vurğulayıb.

    “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bir çox cəhdlər oldu. Problemlərimizi başqalarının həll edəcəyini gözləyirdik. Türkiyə və Azərbaycan olaraq hər zaman olduğu kimi, beynəlxalq hüquqa inandığımıza görə gözləyirdik. Amma təəssüf ki, hər hansı bir səmimiyyət və iradə ortaya qoyulmadığı üçün işğal illər ərzində davam etdi”, - nazir müavini bildirib.

    XİN başçısının müavini əlavə edib ki, işğala Azərbaycan Prezidenti İlham Əliyevinin rəhbərlik etdiyi Ordu 44 gün ərzində son qoyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR