AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP İsmayıllı rayon Təşkilatının yeni sədri Zaur Muradovun təqdimetmə mərasimi keçirilib

  • + A
  • - A
  • 11-02-2022, 19:53

    YAP İsmayıllı rayon Təşkilatının yeni sədri Zaur Muradovun təqdimetmə mərasimi keçirilib

    Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edib.

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. Rayon rəhbəri YAP İsmayıllı rayon Təşkilatının yeni sədri Zaur Muradovun gənc yaşlarından müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək, onun savadlı və təcrübəli kadr olduğunu vurğulayaraq İsmayıllı rayon Təşkilatına sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

    YAP İsmayıllı rayon Təşkilatının sədri Zaur Muradov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə təşəkkürünü bildirib, bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Zaur Muradov Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, keçdiyi çox böyük və şərəfli yolun Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.

    Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının yeni sədrini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıblar.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR