AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib

  • + A
  • - A
  • 27-02-2022, 12:15

    Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib

    Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.

    TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Azadmedia.az-a verilən məlumata görə 27 fevral tarixində tibbi vasitələrin yükləndiyi təyyarə yola düşüb.

    Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR