AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir

  • + A
  • - A
  • 2-03-2022, 11:50

    Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir

    “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

    Qanunun 11.2-ci maddəsinə əsasən, həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir.

    Təklif olunan dəyişikliyə əsasən, bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR