AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Bədən Tərbiyəsi və İdman Günü Şəhid cüdoçuların xatirəsinə həsr edilmiş “Cüdo” üzrə rayon birinciliyi keçirilib

  • + A
  • - A
  • 6-03-2022, 12:45

    Masallıda Bədən Tərbiyəsi və İdman Günü Şəhid cüdoçuların xatirəsinə həsr edilmiş “Cüdo” üzrə rayon birinciliyi keçirilib

    Masallıda cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində 05 mart – Bədən Tərbiyəsi və İdman gününə və “İdman həftəsi” çərçivəsində Masallı şəhid cüdoçuların xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.

    Əvvəlcə tədbirdə Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Respublikasının Dövlət himni səslədirilib.

    Yarışın açılış mərasimində, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları və tədbirdə iştrak edən şəhid valideyinlərini salamlamış və tədbirin keçirilməsində əsas məqsədin Masallının şəhid cüdoçularını xatirəsinin əziz tutulması həmçinin idman həftəsi çərçivəsində idmanın kütləviliyinin təmin edilməsi və idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarət olduğunu bildirib.


    Tədbirdə Şəhidlər anası Ziba Əsgərova, övladlarının xatirəsinə həsr olunmuş tədbirə və onlara göstərilən diqqət və qayğıya görə şərəf duyduğunu bildirərək övladlarına necə Vətən məhəbbəti, Vətən tərbiyəsi öyrətdiyini qeyd edib.

    Tədbirdə Tədbirdə şəhid valideyinləri Bayram Əsgərov, Rauf Həsənov, Balarəzi Nəhmətov çıxış edərək onlara göstərilən diqqət və qayğya görə öz təşəkkürlərini bildiriblər.

    Tədbirdə “Masallı Electronic”in rəhbəri Ruslan Bağışov çıxış edərək idmançıları salamlamış və şəhid valideyinlərinin tədbirdə iştrak etdikləri üçün onlara öz dərin minnətdarlığını bildirib.

    80 nəfərə yaxın idmançının iştrakı ilə təşkil edilən rayon birinciliyi olduqca gərgin və mübarizə şəraitində baş tutub.

    Yarışın mükafatlandırılma mərasimində şəhid valideyinləri iştrak edərək bir neçə idmnçının təltif olunmasında iştrak edərək idmançılara diplom və medallar təqdim ediblər.

    Rayon birinciliyində qalib gəlmiş cüdoçular Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

    Qeyd edək ki, yarışda iştrak edən şəhid valideyinləri və tədbirin keçirilməsində maddi və mənəvi dəstəyə görə “Masallı Electronic”in rəhbəri Ruslan Bağışov Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR