AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mariya Stadnik ukraynalı güləşçilərin ailələrinə müraciət edib

  • + A
  • - A
  • 8-03-2022, 12:27

    Mariya Stadnik ukraynalı güləşçilərin ailələrinə müraciət edib

    Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq

    Azərbaycanın Ukrayna əsilli titullu qadın güləşçisi Mariya Stadnik müharibə ilə əlaqədar ölkəsində bu idman növü ilə məşğul olanların ailələrinə müraciət ünvanlayıb.

    Dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

    O, Rusiya ordusunun hücumu nəticəsində evləri dağılmış idmançılara yardım etməyə hazır olduğunu bildirib: "Ukraynanın hörmətli güləşçiləri. Həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq. Onların qidalanması və sağlamlıqlarının qorunması üçün Almaniyada təhlükəsiz yaşayış məkanı tapa bilərik. Bunun üçün "wrestlersneedahome@gmail.com" ünvanı ilə əlaqə saxlaya bilərsiniz".

    Qeyd edək ki, Mariya Stadnik daha əvvəl Bakıda Ukraynaya dəstək aksiyasına görə Azərbaycana təşəkkür edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR