Türkiyə əlverişsiz hava şəraiti ilə əlaqədar bütün gəmilər üçün Qara dənizdən Aralıq dənizini birləşdirən Bosfor boğazını bağlayıb.
AzadMedia.az "Hurriyet"ə istinadən xəbər verir ki, ikitərəfli keçid müvəqqəti olaraq bağlanıb.
Martın 10-da səhər saatlarında yağan güclü qar səbəbindən Boğaziçi keçidinin bağlandığı da bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.