AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı” voleybolçuları ölkə çempionatında liderliyi qoruyur

  • + A
  • - A
  • 11-03-2022, 14:01

    “Masallı” voleybolçuları ölkə çempionatında liderliyi qoruyur

    “Masallı” voleybolçuları ölkə çempionatında liderliyi qoruyur.

    Komanda I liqa yarışlarında “B” qrupunda liderdir.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, kişi voleybolçular arasında Azərbaycan çempionatı üzrə I Liqasında VIII turun oyunları keçirilib.

    Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə növbəti turun matçları “Murov”un idman zalında təşkil olunub.

    «B» qrupunun lideri “Masallı” “Veteranlar” komandası ilə görüşüb. Qarşılaşmada 3:1 hesabı qeydə alınıb. Masallı idmançıları 3 xalı 4 setlə (21:25, 27:25, 25:22, 25:17) əldə ediblər.
    Məlumat üçün bildirək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparırlar. Ardınca I liqanın pley-off mərhələsi keçiriləcək.

    VIII turdan sonra «B» qrupunda turnir cədvəli belədir: “Masallı” – 16 xal, “Azərbaycan Ali Hərbi Məktəbi” – 14, “Ryuqa” –11, “Veteranlar” – 7, “Aura” – 0


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR