“Baş nazirlərin müavinlərinin deputatlarla rübdə bir dəfə görüşü təşkil edilsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, bu, rayonlardakı problemlərin həlli üçün yaxşı nəticə verə bilər: “Baş nazirin müavinləri ilə deputatlar rübdə bir dəfə rayonlarda olan problemləri müzakirə etsinlər. Bununla hesabat iclasına qədər rayonlarda olan problemlərin həllinə daha çox nail ola bilərik. Bu, həm də hökumət və parlament arasında əlaqələrin də daha da möhkəmlənməsinə səbəb olar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.