AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ərkivan şəhidləri" filminin təqdimatı olub - FİLM/FOTOLAR

  • + A
  • - A
  • 25-03-2022, 23:24


    "Ərkivan şəhidləri" filminin təqdimatı olub - FİLM/FOTOLAR
    Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Grand” İstirahət və Əyləncə Mərkəzində “Ərkivan şəhidləri” sənədli filminin təqdimat mərasimi keçirilib.

    Asiya TV xəbər verir ki, “Masal prodakşın”-ın istehsal olan ekran əsəri Masallı rayonu Ərkivan qəsəbəsindən olan şəhidlərin əziz xatirəsinə ithaf olunub.

    Filmin premyerasında şəhid ailələri, qazilər, ziyalılar, ictimayət və media nümayəndələri iştirak ediblər.


    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan “Masal prodakşın”-ın baş direktoru Cəfər Cəfərov təqdimatı keçirilən film barədə məlumat verib.

    O bildirib ki, “Ekran əsəri “Masal prodakşın”-ın vətənpərvərlik mövzusunda ilk işi deyil. Bundan əvvəl prodakşının istehsal etdiyi “Zəfər yolu” sənədli filmi izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdı. Doğulub boy-başa çatdığım Ərkivan qəsəbəsidən Birinci və İkinci Qarabağ Müharibələrində Şəhidlik məqamına yüksələn 22 qəhrəman oğul var. Onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Biz qismən də olsa bu borcu ödəməyə çalışdıq” – deyə baş direktor qeyd edib.

    Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olub.


    Nümayişdən sonra çıxış edənlər filmin ərsəyə gəlməsində “Masal prodakşın”-ın yaradıcı heyətinə minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, “Ərkivan şəhidləri” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.

    TƏQDİMAT














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR