“Türkiyə rusiyalıların ölkəyə səfərində heç bir problem görmür”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Doha Forumu”nda çıxışı zamanı rus oliqarxların Türkiyəyə gəlməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz BMT-nin Rusiyaya qarşı sanksiyalarına riayət edirik. Rusiyalıların, o cümlədən, oliqarxların, biznesmenlərin Türkiyəyə səfərində heç bir problem yoxdur. Əlbəttə, əgər onlar qanunlara əməl edirlərsə.
Biz ölkəmizdə hər qanuni fəaliyyətə icazə verib, hər qeyri-qanuni fəaliyyətə mane olacağıq. Cavabım çox sadədir. Biz Avropa sanksiyalarına qatılmırıq”, - deyə Çavuşoğlu söyləyib.
Xatırladaq ki, Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyata cavab olaraq Rusiyaya və çox sayda rusiyalıya sanksiyalar tətbiq edib.