Rusiya artıq atəşkəs danışıqlarında Ukraynanın denazifikasiyasını və demilitarizasiyasını tələb etmir.
Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Moskva Kiyevə heç bir bloka daxil olmamağı, nüvə silahından imtina etməyi tələb kimi qoyacaq. Bunun qarşılığında Kiyev AB üzvü ola və Rusiyadan təhlükəsizlik zəmanəti ala biləcək. Türkiyədə Ukrayna və Rusiya tərəfləri hərbi əməliyyatlara fasilə verilməsini müzakirə edəcəklər. Rusiyanın əvvəllər irəli sürdüyü tələblərdən daha biri Ukraynada rus dilinin hüquqi müdafiəsi də müzakirə edilməyəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndələri bu gün İstanbulda danışıqlara başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.