AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli mebel istehsalçıları Hilton Bakıda B2B görüşlər gerçəkləşdirib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 31-03-2022, 21:13

    Türkiyəli mebel istehsalçıları Hilton Bakıda B2B görüşlər gerçəkləşdirib - FOTO - ÖZƏL

    Türkiyənin mebel istehsalçıları B2B görüşlərlə Hilton Bakıda bir arada.

    30 mart, 2022-ci il tarixdə Türkiyə Cümhuriyyəti Ticarət Nazirliyi, Global Mark-ın ortaq şəkildə təşkil etdiyi Türkiyənin mebel istehsalçıları ilə taxta istehsalçılarının Hilton Bakıda B2B görüşləri gerçəkləşdirilib.

    Azadmedia.az xəbər verir ki, Azərbaycan şirkətləri qardaş Türkiyədən gələn İsparta Ticarət və Sənaye Odası üzvləri İbrahim Güler, İbrahim Tekeli, Murat Özelci, Mir Mobilya - Ramazan İrfan Özkutlu, Global Mark - Erol Bayşu, Rosewood - İsa İpekçi, Erdoğan Ahşap - Mahmut Erdoğan, Peksan kapı - Hakan Apaydın, Taner Özçelik, Yükselen Kereste - Hasan Huban, Hilaller Kereste - Atilla Hilal, Emker - Ahmet Can, Natural Mobilya - Hüseyin Cesur ilə B2B görüşlərdə olublar.

    Nəzərinizə çatdıraq ki, Türkiyəli iş adamları Bakıya səfərlərinin ilk günündə Bakı Biznes Mərkəzində Azərbaycan Mebel Sənayeçiləri İstehsalçıları Assosiasiyası ilə görüşüblər.

    Səfərin ikinci günü Hilton etəldə reallaşan toplantılar ilə tam sürətlə davam edərkən, tədbir çərçivəsində şirkətlər arasında 500-dən çox B2B görüşlər keçirilib.

    B2B görüşlərin müşahidəçiləri arasında Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Ticarət Nazirliyinin Baş müşaviri Yakup Sefer də yer alıb. Y. Sefer Qarabağda olan yenidən qurma işlərində türkiyəli iş adamlarının da rolunu dəyərləndirib. Bundan əlavə Şuşa bəyannaməsinin əhəmiyyətini də diqqətə çatdırıb. İki ölkə arasında ticarət əlaqələrində yeni uğurlu addımlar atıldığını və bu istiqamətdə daha nələr edilə bilər deyə fikirlərini bölüşüb. B2B görüşlərdə iş adamlarına uğurlar arzu edib.

    B2B görüşlərində şirkətlər mebel və taxta istehsalı üzrə əməkdaşlıqları inkişaf etdirmək şansı əldə ediblər. Həmçinin B2B görüşlərində mebel sektorundan onlarca şirkət arasında əməkdaşlıq qurulub.

    Qeyd edək ki, İsparta Ticarət və Sənaye Odası üzvləri İbrahim Güler və İbrahim Tekeli başda olmaqla B2B görüşmələri edən türkiyəli iş adamları Azadmedia.az-a özəl olaraq verdikləri açıqlamalarda firmalarının mebel sektorunda fəaliyyəti, hər iki ölkənin mebel brendlərinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikirlərini bölüşüblər. Eyni zamanda, İsparta Ticarət və Sənaye odası idarə heyəti üzvləri İbrahim Güler və İbrahim Tekeli İspartanın ən böyük gül ixracatçısı olduğunu bildiriblər. İparta qızılgüllərinin dünya kosmetika sənayesində əvəzolunmaz vasitə olduğunu, bu baxımdan gül təsərrüfatı üzrə inkişaf etdirilən Kosmetika sənayesinin də inkişafını vurğulayıblar. Türkiyənin qızılgül bağı kimi tanınan İsparta və bölgəsindən əldə edilən qızılgül yağı, dünyanın demək olar ki, bütün ən böyük və məşhur ətir markalarında istifadə ediləcək qədər qiymətlidir. Təxminən 20 ölkəyə ixrac edilən qızılgül yağı ilə əhəmiyyətli gəlir imkanı olan Isparta - qış turizmi, meyvə bağları və təbii gözəllikləri ilə də görənləri özünə sevdirir, deyə İTSO üzvləri qeyd ediblər.

    Hətda önümüzdəki aylarda növbəti Bakı səfərləri sırf kosmetika ticarət görüşmələri üzərinə ola bilər deyə bildirən türkiyəli iş adamları, Bakıda ilk görüşmə etdikləri AZMİA-Azərbaycan Mebel Sənayeçiləri Assosiasiyası sədri millət vəkili Məşhur Məmmədova və sədr müavini Nail Tağızadəyə də qonaqpərvərliklərindən ötrü xüsusi təşəkkürlərini bildiriblər.
    Azərbaycanda olduqlarından duyduqları məmnuniyyəti dilə gətiriblər.
    Anadolu ASİAD iş adamları dərnəyi Azərbaycan nümayəndəsi Ü.Piriyeva da başqan Y.Yalçınkayanın salamlarını İTSO üzvlərinə və iş insanlarına çatdırıb.



















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR