Çinin dövlət neft emalı zavodları mövcud müqavilələr əsasında Rusiya neftini almağa davam edir, lakin yeni müqavilələr bağlamaqdan imtina edirlər.
Bu barədə "Reuters" agentliyi məlumat dərc edib.
Qeyd olunub ki, təchizatçılar tərəfindən təklif edilən əhəmiyyətli endirimlər belə kömək etmir.
Agentliyin altı mənbəsi iddia edir ki, belə ehtiyatlılıq Pekinin mövqeyi ilə bağlıdır və bu, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisindəki hərəkətləri ilə bağlı Rusiyaya qarşı Qərbin sanksiyalarının gücləndirilməsinə diqqət çəkir.
Belə ki, Asiyanın ən böyük neft emalı müəssisəsi olan Çinə məxsus "Sinopec" may ayında Rusiya neftinin tədarükü üçün bir dənə də olsun müqavilə bağlamayıb.
Qeyd edək ki, Çin Rusiya neftinin ən böyük alıcısıdır. Onun yarısı uzunmüddətli müqavilələr əsasında boru kəmərləri ilə, digər yarısı isə dəniz yolu ilə verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.