AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Promotion"-un təşkilatçılığı ilə “Aprel döyüşləri şəhidlərinə həsr olunmuş” peşəkar boks gecəsi keçirilmişdir

  • + A
  • - A
  • 11-04-2022, 14:30

    Promotion"-un təşkilatçılığı ilə “Aprel döyüşləri şəhidlərinə həsr olunmuş” peşəkar boks gecəsi keçirilmişdir


    9 aprel tarixində Bakıda, Şağan Olimpiya İdman Kompleksində "Azərbaycan Peşəkar Boks Federasiyası Komissiyası" -nın dəstəyi və "Karapapak Fight Club and Promotion"-un təşkilatçılığı ilə “Aprel döyüşləri şəhidlərinə həsr olunmuş” peşəkar boks gecəsi keçirilmişdir.

    Qonaqlar arasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik Polad Həşimovun qardaşı, şəhid ailələrinin övladları və qazilərimiz də yer almışlar.

    Gecədə müxtəlif çəki dərəcələrində 10 döyüş baş tutmuşdur:

    1. 91 kq qədər çəki dərəcəsi: Malik Məmmədzadə - Cabbar İsmayılov. Malik TKO (texniki nokaut) ilə qalib gəlib;

    2. 91 kq qədər: Elnur Məmmədov - Arif Ovçiyev. TKO ilə Elnur qalib gəlib;

    3. 79,4 kq qədər: İsmət Eynullayev – Yusif Həbilov. Hakimlərin yekdil qərarı ilə İsmət qalib gəlib;

    4. 59 kq qədər: Şamil Əsgərov – Əsədullah Camaludinov. Hakimlərin yekdil qərarı ilə Şamil qələbə qazanıb;

    5. Ağır çəki: Elnar Hüseynov – Kazım Umudov. Kazım Umudov TKO ilə qalib gəlib;

    6. 91 kq qədər: Elvin İmamqulu – Taryel Cəfərov. Taryel KO (nokaut) ilə qalib gəlib;

    7. 57 kq qədər: Hüseyn Əliyev – Nihat Abdullayev. Hakimlərin yekdil qərarı ilə Nihat qələbə qazanır;

    8. 63,5 kq qədər: Seymur İsayev – Nicat Məhərrəmov. Hakimlərin yekdil qərarı ilə Seymur qələbə qazanır;

    9. 53,5 kq qədər: Ramazan Babayev – Kənan Hüseynəliyev. Hakimlərin yekdil qərarı ilə Kənan qələbə qazanır;

    10. 57 kq qədər: Zabeh Şəmiyev – Rauf Ağayev. Hakimlərin yekdil qərarı ilə Rauf qələbə qazanıb.

    Qeyd edək ki, bu 2022-ci ildə APBF komissiyasının dəstəyi ilə keçirilən sayca 4-cü peşəkar boks gecəsidir.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR