AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi mədəniyyət paytaxtımızın təbliğinə mühüm töhfə verəcək”

  • + A
  • - A
  • 22-04-2022, 11:34

    “Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi mədəniyyət paytaxtımızın təbliğinə mühüm töhfə verəcək”
    Məşhur Məmmədov: “Şuşa ilə bağlı gerçəkliyin beynəlxalq platformada, dünya mediasında işıqlandırılmasına ehtiyac var”

    Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçiriləcək.

    Moderator.az-a açıqlamasında bu tarixi olayı şərh edən millət vəkili Məşhur Məmmədov, sözügedən Qurultayın Şuşanın təbliği, onun dünyada tanıdılmasına mühüm töhfə verəcəyini vurğuladı:

    “Hər şeydən öncə qeyd edim ki, Qurultayda iştirak edəcək soydaşlarımız dünyanın müxtəlif ölkələrində yaşayırlar və müxtəlif dövlətlərin vətəndaşlarıdırlar. Onlar Şuşaya səfər əsnasında ilk növbədə Azərbaycan dövlətinin mədəniyyət paytaxtında aparılan nəhəng yenidənqurma işləri ilə tanış olacaqlar. Onlar erməni vəhşilikləri fonunda aparılan bu işlərin miqyasını, onun əhəmiyyətini öz gözləri ilə görəcəklər.

    İkinci məqam isə heç şübhəsiz, bütün bunların dünyada təbliği ilə bağlıdır. Biz bütün mümkün vasitələrlə Şuşa, onun qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalı, vətənimizin bu dilbər guşəsinin tanıdılması üçün bütün imkanlardan istifadə etməliyik. Çünki təəssüflər olsun ki, bəzən bu gün də dövlətimizə qarşı ikili standartlara, qeyri-obyektiv yanaşmalara rast gəlinir. Bütün bu halları ifşa etmək, Azərbaycanın haqq səsini dünyaya daha aydın, daha yüksək səslə çatdırmaq üçün Şuşa ilə bağlı gerçəkliyin beynəlxalq platformada, dünya mediasında işıqlandırılmasına ehtiyac var.

    Hesab edirəm ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi mədəniyyət paytaxtımızın təbliğinə mühüm töhfə verəcək, dünyanın Şuşa haqqında daha dolğun məlumat əldə etməsinə kömək edəcək. Mən təşkilatçılara və Qurultay iştirakçılarına indidən uğurlar diləyir, müvəffəqiyyətlər arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR