AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı gəncləri “Cəsur kadet”də uğurlu nəticə göstəriblər - FOTO

  • + A
  • - A
  • 16-05-2022, 22:03

    Masallı gəncləri “Cəsur kadet”də uğurlu nəticə göstəriblər - FOTO



    Masallı gəncləri “Cəsur kadet”də uğurlu nəticə göstəriblər.

    Azadmedia.az - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 11-dan 15-dək "Şahin" hərbi-idman oyunu çərçivəsində “Cəsur kadet” sınaq günləri keçirilib.

    Bakı şəhərində, Hərbi Qənimətlər Parkının yanında hazırlanan xüsusi zonada təşkil edilən tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.

    Gənclər və İdman Nazirliyininin təşkilatçılığı ilə keçirilən yarışlarda Masallı rayonunun gəncləri də müxtəlif normativlər üzrə öz bacarıqlarını sınayıblar. Belə ki, gənclərimiz hərbi və fiziki tapşırıqları - qaçış, turnikdə dartınma, taxta hasarın üstündən keçməklə maneənin dəf olunması, kəndir vasitəsilə "təhlükəli zolağın" qət olunması, kəndirin köməkliyi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə, sürünməklə maneənin dəf olunması, istehkamda yerləşərək hədəfə “qumbara” atmanı yerinə yetirməklə 22 nəfər birinci, 1 nəfər isə ikinci yerə sahib olmaqla müvafiq diplom və seltifikata layiq görülüblər.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR