AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib

  • + A
  • - A
  • 19-05-2022, 22:04

    POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib


    Azərbaycanda POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Qərarla nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılıb, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

    Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR