AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Mini Futbol Turnirinə yekun vurulub - FOTO

  • + A
  • - A
  • 23-08-2022, 23:35

    Masallıda Mini Futbol Turnirinə yekun vurulub - FOTO

    Masallıda Mini Futbol Turnirinə yekun vurulub.

    Azadmedia.az - “Viləş” mini-futbol stadionunda Masallı rayon Gənclər və İdman idarəsi, Affa, Azad Futbol klubunun (Masallı) təşkilatçılığı və Bioloji Təbabət klinikasının Baş Sponsorluğu ilə “Şəhidlər Ölməz Vətən Bölünməz 2022” adlı mini-futbol üzrə açıq rayon turnirinin final oyunu keçirilib.

    Oyunlar başlamamışdan öncə Ulu Öndər və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Turnirdə Şəhid Ailələri, Qaziləri, Veteran Futbolçular,Affa nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
    Oyunları Affa tərəfindən rəsmi təyin olunmuş Milli Dərəcəli Hakimlər Rəşad Aydınov və Xalid Quliyev idarə edib.

    Final oyunlarında Ərkivan Komandası ilə Şassi komandası qarşılaşıb. Gərgin keçən oyunda hər iki hissə 1-1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oyanıldı əlavə vaxtda hesab bərabər başa çatdığı üçün 7 metrlik cərimə zərbəsi vuruldu və Şassi komandası Ərkivan komandasını məğlub edərək turnirin qalibi oldu.

    Şəhidlər Ölməz Vətən Bölünməz 2022 adlı Mini Futbol turnirinin finalçısı Şassi komandası oldu.

    Qeyd edək ki, 4-İyuldan başlayan turrnirdə 12 komanda iştirak etmişdir.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR