AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı idmançısı Polşada qızıl medal qazandı

  • + A
  • - A
  • 29-08-2022, 23:49

    Masallı idmançısı Polşada qızıl medal qazandı



    Masallı idmançısı Polşada qızıl medal qazanıb.

    Azadmedia.az - Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında Polşanın Poznan şəhərində keçirilən qitələrarası çempionatında uğurlu nəticələr göstərirlər.

    Millimiz turnirə 6 idmançı ilə qatılıb.
    Paralimpiyaçımız Bəhruz Mirzəyev "World Challenge" kubokunda bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahiblənib.

    Bu yarışdan öncə isə Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində 3-cü yerə layiq görülmüşdü.
    Qeyd edək ki, hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR