AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid ailələri üçün ehsan süfrəsi təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 16-09-2022, 21:02

    Masallıda şəhid ailələri üçün ehsan süfrəsi təşkil edilib - FOTOLAR


    Azadmedia.az - Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid ailələri üçün ehsan süfrəsi təşkil edilib.

    Məclisdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Məclis başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Məclisdə Masallı RİH başçısı A.Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov və başqaları çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıb və tədbirin mahiyyəti haqqında fikir bildiriblər.
    Ehsan süfrəsində həmçinin qazı R.Talıbov “Qurani-Kərim”dən ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib.
    Tədbiri keçirməkdə əsas məqsəd şəhid ailələrini mütamadi olaraq diqqət mərkəzində saxlamaq və onlara lazımi qayğı göstərməkdir.
    Axırda şəhid ailələri Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əlievə və ailəsinə, Masallı rayon rəhbərinə minnətdarlıq ediblər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR